19-cu əsrdən etibarən standart qəbul edilən bu faktın izahları olaraq bir çox fərziyyələr vardır:
– qədəh tutumu (bir şüşə şərab 5 qədəhə bərabərdir);
– şərabın yeməkdə orta istifadə miqdarı;
– şərab saxlamaq üçün ən uygun miqdar olması;
– daşınma asanlığı və s.
Əslində bu, sadəcə olaraq, tarixi əsası olan praktik təcrübədən ibarətdir:
O zamanlar fransız şərabçılarının əsas müştəriləri ingilislər idi. İngilis həcm vahidi 4,5 litrə bərabər olan “qallon” olduğuna görə, hesablamanı sadələşdirmək üçün şərab istehsalçıları, şərablarını 225 litrlik çəlləklərdə, yəni 300 ədəd 750 ml şüşəyə uyğun gələn 50 qallonda daşıyırdılar.
Hesablamaq daha asan olduğundan, bir çəllək = 50 gallon = 300 şüşə qəbul edirdilər. Bu şəkildə bir qallon 6 şüşəyə uyğun gəlirdi. Əslində buna görə də bu gün şərab qutularında çox vaxt 6 və ya 12 şüşə olur.
—–


Bir şərh yazın